fbpx
Məhsullar

Asan Quraşdırma

Külək enerjisi necə yaranır

Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.

Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.

Küləyin gücündən çox köhnə illərdən bəri faydalanırlar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir.

Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən sahələrindən biridir.

Külək Turbinləri Ucuzdur

Səudiyyə Ərəbistanın “ACWA Power” (AKVA Pauer) şirkətinin Azərbaycanda inşa edəcəyi “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açıqlanan göstəricilərində diqqəti cəlb edən əsas məqam tikintiyə yatıralacaq sərmayənin ənənəvi enerji növlərinə yatırılan sərmayələrə maksimum yaxınlığı olub.

240 MVt gücündə alternativ enerji mənbəyinə 300 milyon dollara yaxın sərmayə qoyulacaq, yəni 1 MVt enerji generasiyası 1,25 milyon dollara başa gələcək. Bu, 2014-cü ildə ABŞ-ın Kaliforniya ştatında istifadəyə verilmiş Günəş-istilik elektrostansiyası ilə müqayisədə 4,5 dəfə ucuzdur. Həmin stansiyada 390 MVt enerji əllə edilməsi üçün 2,2 milyard dollar sərmayə sərf edlib. Yəni 1 MVt transformasiya gücü 5,64 milyon dollara başa gəlib.

Energetika eksperti İlham Şaban REAL TV-yə müsahibəsində Azərbaycanda gerçəkləşdirilən layihənin qiymətinin buxar-qaz trubinləri üçün qeydə alınan qiymətə çox yaxın olduğunu bildirib.

İlkin hesablamalara görə, layihə sayəsində 300 min ev elektrik enerjisi ilə təmin ediləcək. Bu zaman il ərzində 220 milyon kubmetr qaza qənaət olunacaq və 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaq. Həmin qaz indiki qiymətlərlə Avropa bazarında satılarsa, Azərbaycan il ərzində 66 milyon dollar əlavə valyuta gəliri əldə etmiş olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RussiaAzerbaijan