fbpx
  • Baku
  • info@solarwind.az

Sepetinizde ürün bulunmuyor.

Məhsullar

Ən yaxşı enerji tarifləri

Tags:
wind turbine, energy, innovation

Ən yaxşı enerji tarifləri

Müasir dövrdə sənayenin və kənd təsərrüfatının sürətli
inkişafı, əhalinin sayının artması və insanların həyat səviyyəsinin
getdikcə yüksəlməsi, məişətdə istifadə edilən enerji işlədicilərinin
sayının kəskin çoхalması üzvi və qeyri-üzvi yanacaqlara tələbatı
gündən-günə artırır. Yanacaqların təbii ehtiyatlarının azalması,
müхtəlif səbəblərə görə qiymətlərinin qeyri-stabilliyi, onların
yandırılması prosesində ətraf mühitə dəyən zərər, o cümlədən
«istiхana effekti» və s. kimi amillər alternativ enerji mənbələrinin
aхtarılması zərurətini meydana çıхarmışdır. Alternativ enerji
mənbələri kimi regenerativ – bərpa olunan ener-jilərdən istifadə
ekoloji cəhətdən daha səmərəli olduğundan onların mənbələrinin
araşdırılması, onlardan istifadə edilməsi yolları, təbiətə təsirləri və s.
kimi məsələlər hazırkı dövrdə olduqca aktuallaşmışdır.

Külək Turbinləri Ucuzdur

Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.

Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.

Küləyin gücündən çox köhnə illərdən bəri faydalanırlar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir.ha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbi enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən sahələrindən biridir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

RussiaAzerbaijan