fbpx
  • Baku
  • info@solarwind.az

Sepetinizde ürün bulunmuyor.

Məhsullar

Möhkəm təcrübə

Respublikada külək enerjisi

Azərbaycan ərazisində əsasən Bakı, Sumqayıt, Abşeron, Binə, Maştağa külək enerjisindən istifadə etmək məqsədə uyğun sayılır.Azərbaycanın külək rejimi mürəkkəb xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə əlaqədardır. Dağların Respublikanın iqliminə və külək rejiminə təsiri böyükdür. Məsələn, Böyük Qafqaz dağları sədd rolunu oynayaraq ölkə ərazisinə şimaldan və şimal-şərqdən soyuq hava kütlələrinin daxil olmasına maneə törədir. Soyuq hava kütlələri Böyük Qafqaz dağlarının ətrafından keçərək Abşeron yarımadasından Respublika ərazisinə daxil olur. Buna görə də Zaqatalada küləyin orta illik sürəti 1.2 m/san. Abşeronda isə 8.6m/san.-dir.Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutu Respublikanın Meteroloji stansiyalarında toplanmış bütün flüger müşahidələri materiallarını qruplara ayırıb, rayonların landışaftlarına görə külək sürətlərinin paylanması rejimlərinin aşağidaki tiplərini müəyyən etmişdir:A tipli rejim-Abşeronda və Respublikanın şimal sərhədlərində Kür dilinə qədər Xəzərkənarı zonada olan yerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən böyük olur.B tipli rejim-Kürkənarı düzənliyində olanyerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən 3m/san-dək olur.V tipli rejim-Respublikanın dağ rayonları üçün səciyyəvidir. V zonasında küləyin orta illik sürəti 3m/san-dən kiçik olur.Ona görə də bu zona külək enerjisindən istifadə üçün yararsız hesab edilir. 

Tarix boyu külək enerjisindən istifadə

Külək enerjisindən istifadə yeni bir təcrübə deyil. Əslində, qədim zamanlardan bəri başqaları arasında yel dəyirmanlarında və ya küləklə işləyən qayıqlarda istifadə edilmişdir.

Bu tip enerjini əldə etmək üçün inkişaf etdirilən ilk sistemlər şaquli ox və üfüqi ox yel dəyirmanlarıdır. Hazırda bu tip sistemlərin istifadəsi davam edir.

 

Daha sonra, 1888-ci ildə Charles Brush küləyin enerjisini elektrik enerjisinə toplayan və çevirən ilk geniş miqyaslı generator turbinini qurdu.

Hal-hazırda Yer planetinin çirklənmə səviyyəsini azaltmaq üçün alternativ enerji mənbələri axtarılması səbəbindən külək enerjisi populyarlığını artırdı və bir çox ölkədə külək elektrik stansiyalarının inşası həyata keçirilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

RussiaAzerbaijan